Ölkə 11:45 09.10.2023

Ağdamda Qarabağ Universiteti açılacaq

"Hazırda azad edilən ərazidə Qarabağ Universitetinin böyük konsepti hazırlanır".

Qaynarinfo xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda ilk dəfə keçirilən tibb təhsili üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir Ağdamda universitet binasının inşa ediləcəyini diqqətə çatdırıb: "İstərdik ki, orada tibb təhsili tədris olunsun. Bu sahədə fəaliyyət istiqamətində əməkdaşlığa hazırıq".