Ölkə 09:46 28.01.2024

Ağstafada 3 TIR aşdı, 10 maşın toqquşdu - Xəsarət alanlar var

Bakı-Qazax-Gürcüstan magistral yolunun Ağstafa rayonundan keçən hissəsində yolun buz bağlaması nəticəsində baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.

"Report” məlumatına görə, hadisə nəticəsində iki Türkiyə vətəndaşı - 1970-ci il təvəllüdlü Atəş Asan oğlu Bekar və 1990-cı il təvəllüdlü Ramazan Abdulla oğlu Taş xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir.

Qeyd edək ki, yolun buz bağlaması səbəbindən baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində üç TIR tipli yük avtomobili aşıb, 10-dan çox yük maşını isə toqquşub.