Foto 17:51 01.12.2023

Ağstafada Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirildi (FOTOLAR)

Ağstafada 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilib.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında keçirilən tədbirdə Seymur Orucov, müavinləri, aparatın şöbə müdirləri, Qarabağ müharibəsi əlilləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimayiət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut elan edilib.
Tədbiri giriş sözü ilə açan RİH başçısı qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıqları ilə ölkəmizdə əlillər, sağlamlıq imkanı məhdud vətəndaşlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası, sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması istiqamətində davamlı iş aparılır, dövlət proqramları icra olunur. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edilir.

Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin 20 saylı Regional Ərazi Filialının Ağstafa rayon qəbul şöbəsinin müdiri Asif Qəmbərov əlillərin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən silsilə tədbirlərdən, bu qəbildən olan insanların hüquqlarına riayət edilməsi və onların cəmiyyətin həyatında bərabərhüquqlu iştirakının təmin edilməsi məqsədi ilə icra olunan layihələrdən bəhs edib.

44 günlük Vətən müharibəsi iştirakçıları, Ağstafa şəhər 3 saylı tam orta məktəbin müəllimi Arif Vəliyev və 2-ci qrup əlil Kamil Hüseynov çıxışlarında vurğulayıblar ki, ölkəmizdə fiziki sağlamlığı məhdud insanlara dövlətimizin göstərdiyi xüsusi diqqət və qayğı cəmiyyətdə olduqca yüksək qiymətləndirilir.