Foto 12:46 12.12.2023

Ağstafada Heydər Əliyevin anım günü ilə əlaqədar tədbiri keçirildi (FOTOLAR)

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ağstafada "Heydər Əliyev qəlblərimizdə əbədi yaşayacaq” mövzusunda ümumrayon tədbiri keçirilib.

Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, idarə, müəssisə və təşkilat kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Mərkəzin qarşısında müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Sonra Mərkəzin foyesində Ulu Öndərin zəngin və mənalı ömür yolundan, Vətən, xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edən filmə və ekspozisiya zalındakı tarixi fotolara tamaşa olunub.

Tədbirdə qeyd olunub ki, məhz Ulu Öndər 1993-cü ildə siyasi hakimiyyətə gəldikdən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyi təmin olundu, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəflər düzgün müəyyənləşdirilərək bu günkü Azərbaycanı bütün sahələrdə Qalib ölkəyə çevirən tərəqqi və inkişaf kursu tətbiq olundu. Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, daim hörmətlə anılacaq.