Ölkə 19:31 01.06.2022

Ağstafada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Ağstafada Vətən müharibəsi şəhidlərimizin övladlarının və ailə üzvlərinin iştirakı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.

Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunmuş tədbirdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Uşaqların təqdimatında vətənpərvərlik mövzusunda şerlər səsləndirilib, fləşmoblar nümayiş etdirilib. Nağıl qəhrəmanlarının sevimli personajları uşaqların böyük sevincinə səbəb olub. Ağstafa Gənclər Evinin kinoteatrında nümayiş etdirilən cizgi filmi də bayram əhval-ruhiyyəsinə əlavə rəng qatıb.