Foto 16:38 12.04.2023

Ağsuda sahibkarlar “Açıq mikrofon”da müraciətlərini ünvanladı (FOTO)

SOCAR "Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Ağsu rayonunda baş tutub.

Qaynarinfo "Azəriqaz”a istinadən xəbər verir ki, "Açıq mikrofon” aksiyasında ilk olaraq Ağsu RQİİ-nin rəisi Osman Beybudov çıxış edərək adıçəkilən layihənin məqsədini sahibkarlara izah edib.

Ardınca KOBİA ilə Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndələri çıxış edərək bu cür layihələrin davamlı olacağına ümid etdiklərini bildiriblər. Daha sonra mikrofon sahibkarların ixtiyarına verilib. Aksiyaya qatılan 15-ə yaxın sahibkar qaz təchizatında hər hansı bir problemlə üzləşmədikləri üçün ölkə başçısı və SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sahibkarların bir istəyi olub ki, o da qazın qiymətində güzəştin tətbiq olunmasıdır. Sahibkarlara bildirilib ki, "Azəriqaz” İB ölkə daxilində qazın pərakəndə satışı xidmətini həyata keçirir və xidmət sahəsi olaraq təsdiq olunan qaydalara əsaslanır. Bu baxımdan tarif və limitin müəyyən edilməsi kimi səlahiyyətə malik deyil. "Səyyar qəbul otağı”nda sahibkarlarla yanaşı, sakinlərin də müraciətləri dinlənilib.

Ağsu RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.