Ekonomiks 22:34 26.02.2024

“Şahdəniz” yatağının şərq-şimal cinahından hasilata başlanıldı

"Şahdəniz 2” layihəsi çərçivəsində "Şahdəniz” yatağının şərq-şimal cinahından hasilata başlanılıb.

Bu barədə BP şirkətindən bildirilib.

Məlumata görə, ilin əvvəllərinə planlaşdırılmış bu hadisə tam təhlükəsiz şəkildə yerinə yetirilib.

Bundan əvvəl şərq-şimal cinahında bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılmış və sistem bütövlükdə istismara təhvil verilmişdi.
Yenicə istismara başlamış şərq-şimal cinahında hazırda beş quyu, iki hasilat manifoldu, ümumilikdə təqribən 30 kilometr uzunluğu olan iki yeni axın xətti və dünya səviyyəli Şahdəniz qaz və kondensat ehtiyatı layına birləşmiş bir neçə sualtı qurğu var.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.