Maqazin 23:05 27.11.2023

Şahzadə Harri və Meqan Markl Hollivuda köçmək istəyir

Susseks hersoqu və hersoginyası, şahzadə Harri və Meqan Markl Los-Ancelesə köçməyi düşünürlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Cütliyə yaxın mənbələr TMZ-yə bildiriblər ki, Harri və Meqan Malibuda villa axtarmaqdan vaz keçdikdən sonra Hollivudda bir ev haqqında düşünməyə başlayıblar. Cütlüyün birinci prioriteti gizlilik və rahatlıq ideyasıdır. Onıar eyni zamanda bir çox Hollivud tədbirlərində iştirak edirlər.

Şahzadə Harri və Meqan Markl 2020-ci ildə bir neçə həftə Tayler Perri nin "Beverly Ridge Estates" malikanəsində yaşayıb və bu, diqqətdən kənarda qalıb. Onlar indi qonşuların məxfilik və təhlükəsizliklə bağlı narahatlıqlarını bölüşdüyü oxşar yerə köçmək istəyirlər.

Şahzadə Harri və Meqan Markl 19 may 2018-ci ildə Uindsor qalasında evlənib. Mərasimə Viktoriya və Devid Bekhem, Elton Con, Opra Uinfri, Serena Uilyams, Corc və Amal Kluni və digər ulduzlar da daxil olmaqla 2,6 min qonaq dəvət olunub. Sasseks hersoqlarının toyu Britaniya xəzinəsinə 43 milyon dollara başa gəlib.

Aydın