Siyasət 22:12 27.01.2023

Aİ Azərbaycana başsağlığı verdi

Avropa İttifaqı (Aİ) Azərbaycana başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano tviter hesabında yazıb.

"Aİ Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı Azərbaycan XİN və Azərbaycan xalqına başsağlığı verir. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Dualarımız həlak olan şəxsin ailəsi ilədir, yaralıların tezliklə sağalmasını arzu edirik və hücumun tam araşdırılacağına və hadisə törədənlərin məsuliyyətə cəlb olunacağına ümid edirik", - Peter Stano sosial şəbəkə hesabında yazıb.