Xəbər lenti

Siyasət 11:10 14.07.2023

Aİ Brüssel görüşünü elan etdi

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.

Bu barədə Qaynarinfo-ya Avropa İttifaqı Şurasının Mətbuat xidmətinə istinadən xəbər verir.

Ş.Mişelin İ.Əliyev və N.Paşinyanla görüşünün yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) başlayacağı planlaşdırılır.

Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələlər müzakirə olunacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->