Xəbər lenti

Dünya 19:28 05.12.2023

Aİ-də Yeni il tətilləri zamanı terror aktları riski ilə bağlı xəbərdarlıq edildi

Yaxın Şərq münaqişəsinin kəskinləşməsi, eləcə də bununla bağlı Avropa cəmiyyətinin qütbləşməsi Milad və Yeni il bayramları zamanı Avropa İttifaqı ərazilərində yüksək terror hücumları riski yaradıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Komissiyasının daxili işlər üzrə komissarı Ylva Yohansson məlumat verib.

"İsrail və HƏMAS arasındakı müharibə və onun cəmiyyətimizdə yaratdığı qütbləşmə qarşıdan gələn bayram mövsümündə Aİ-də yüksək terror hücumları riski yaradıb", deyə nazir bildirib.

Yohanssonun sözlərinə görə, belə bir təhlükənin qarşısının alınması Avropa İttifaqının Daxili İşlər Nazirləri Şurasının çərşənbə axşamı keçiriləcək iclasının gündəliyindəki mövzulardan biri olacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->