Xəbər lenti

Dünya 16:00 10.12.2023

Aİ Gürcüstana dəstək və müdafiə vəd etdi

Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusu ilə bağlı Avropa Komissiyasından (AK) tarixi tövsiyələr alıb.

Qaynarinfo Gürcüstanın Birinci Kanalına istinadən xəbər verir ki, bu barədə Aİ-nin Tiflisdəki səfiri Pavel Qerçinski bildirib

Onun sözlərinə görə, Brüssel insan hüquqlarının müdafiəsi məsələlərində gürcülərin yanında olacaq:

"Bu gün biz Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci ildönümünü qeyd edirik. Bu mühüm sənəd insan hüquqlarının hər birimizə məxsus olduğunu qəbul edir. İnsan hüquqlarının müdafiəsi Aİ-nin əsasını təşkil edir. Bu vizyonu reallaşdırmaq səyləri Aİ-nin genişlənmə prosesinin bir hissəsidir və Gürcüstanın Aİ-yə üzvlük yolunda atmalı olduğu 9 addımdan biridir. Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı tövsiyə tarixidir. Bununla da insan hüquqlarının müdafiəsini yaxşılaşdırmaq məsuliyyəti gəlir. Siz Aİ-nin sizi dəstəkləyəcəyinə və fundamental hüquqlarınızı qoruyacağına ümid edə bilərsiniz".

O əlavə edib ki, Gürcüstan Aİ-yə gedən yolda insan haqlarını qorumaq üçün çalışmalıdır. Qerçinski vurğulayıb ki, bu gün dünyada insan hüquqları sahəsində xoşagəlməz tendensiyalar mövcuddur və onların universallığını möhkəm qorumaq lazımdır.

Bundan əvvəl AK şərtlər yerinə yetirildiyi təqdirdə Gürcüstana Aİ-yə namizəd statusunun verilməsini tövsiyə edib. Komissiyanın qeyd etdiyi tələblər arasında "Gürcüstanın hərəkətlərinin Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinə uyğunluğunun artırılması" şərti də var.

Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı rəsmi qərarı Aİ-yə üzv ölkələrin liderləri dekabrın 14-15-də Brüsseldə keçiriləcək sammitdə qəbul etməlidirlər. Bu qərar Aİ-nin bütün hazırkı üzvləri tərəfindən yekdilliklə dəstəklənməlidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->