Dünya 12:13 22.03.2024

Aİ müdafiə xərclərini artıracaq

Avropa İttifaqı ölkələri müdafiə xərclərini artırmaq qərarına gəlib və Avropa Komissiyasına 2024-cü ilin iyun ayına qədər müvafiq hesabat təqdim etməyi tapşırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Aİ-yə üzv dövlətlərin başçılarının görüşünün yekunları üzrə qəbul edilmiş sənəddə deyilir.

"Müdafiə hazırlığının artırılması üzv dövlətlərdən əlavə səylər tələb edəcək, xüsusən müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq, birlikdə daha səmərəli və tez investisiya etmək", deyə sənəddə qeyd edilir.

Avropa Şurası Avropa İttifaqı və Avropa Komissiyasına maliyyənin səfərbər edilməsinin mümkün variantlarını öyrənməyi və iyun ayına qədər bu barədə hesabat təqdim etməyi tapşırıb.

Avropa İnvestisiya Bankı Avropa İttifaqının müdafiə sənayesinin kreditləşdirilməsi ilə bağlı siyasətini təkmilləşdirməli olacaq.

Avropa İttifaqının iki günlük sammiti cümə axşamı, martın 21-də Brüsseldə başlayıb. Tədbirin rəsmi gündəliyinə Avropa İttifaqının müdafiə qabiliyyətinin artırılması məsələləri, həmçinin Ukrayna və Yaxın Şərqdəki böhranlar daxildir.

Aydın