Xəbər lenti

Dünya 23:59 12.04.2024

Aİ Rusiya qazından imtinaya mane olduğu üçün Almaniyaya qarşı iddia qaldıra bilər

Aİ Rusiyadan qaz tədarükündən imtinaya mane olan vergini ləğv etmək istəməyən Almaniyaya qarşı iddia qaldıra bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” qəzeti Avropa Komissiyasının nümayəndəsinə istinadən yazır.

Söhbət Almaniyadan yanacaq ixracına qoyulan vergidən gedir ki, bu ölkənin 2022-ci ildə Rusiya Federasiyasından enerji təchizatı dayandırıldıqdan sonra tətbiq etdiyi vergidir. Təşəbbüsün məqsədi digər ölkələrdən qaz alınması xərclərini ödəməkdir.

Almaniyanın qonşularının fikrincə, bu cür tədbirlər son nəticədə regionda yanacağın qiymətinin artmasına gətirib çıxara və Aİ ölkələrini Rusiya qazının alışını artırmağa məcbur edə bilər.

"Bizim bu qanunun azad rəqabətə mane olduğunu və vahid bazarın qaydalarına uyğun gəlmədiyini düşünməyə əsasımız var", - AK bildirib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Berlin gözlənilən tədbirləri görməyəcəyi təqdirdə yaxın gələcəkdə məhkəmə çəkişmələri ilə üzləşəcəyi qaçılmazdır.

Qeyd edək ki, bir gün əvvəl Avropada qazın qiyməti 8% artaraq min kubmetr üçün 327 dollar təşkil edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->