Xəbər lenti

Dünya 17:20 03.03.2024

AK: Rusiya qazının Ukraynadan tranzitinin dayandırılması idxalı 5% azaldacaq

2024-cü ilin sonunda Rusiya Federasiyasından Ukrayna ərazisindən Avropaya qaz tranzitinin dayandırılması yanacaq idxalının həcmini 5% azaldacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" Avropa Komissiyasının tərtib etdiyi məxfi sənədə istinadən yazır.

Qeyd olunur ki, Ukrayna ərazisindən qaz tranzitinin dayandırılması alternativ marşrutların tapılması zərurəti ilə əlaqədar onun idxalı xərclərinin artmasına səbəb olacaq. Avropa İttifaqı hesab edir ki, ittifaqın qaz təchizatı məsələsində ehtiyatları və çevikliyi var, onlar da mümkün enerji çatışmazlığının qarşısını almaq üçün planlar üzərində işləyirlər.

Bundan əvvəl məlum olub ki, Avropa Komissiyası Rusiya qazının Ukrayna vasitəsilə nəqlindən tamamilə imtina üzərində intensiv işləyir. Bu barədə AK nümayəndəsi Tim Makfi fevralın 28-də Brüsseldə keçirdiyi brifinqdə məlumat verib. 

Onun sözlərinə görə, hazırda Aİ Ukraynanın qaz nəqli sistemi vasitəsilə ildə təxminən 15 milyard kubmetr Rusiya qazı alır. Bu həcm Avstriya, Slovakiya, Çexiya arasında bölüşdürülür və kiçik bir hissəsi İtaliyaya gedir.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->