Xəbər lenti

Sənət 11:53 16.02.2024

Aktyor 32 ildən sonra Laçında doğum gününü keçirəcək

"32 ildən sonra ad günümü doğulduğum torpaqda, Laçında keçirəcəyəm. Elə bil dünyaya təzədən gəlmişəm". 
 
Bunu Qaynarinfo-ya açıqlamasında Laçın şəhərinə köçən aktyor Rauf Şahsuvarov deyib. 

Aktyor Laçında "Laçınfilm" prodakşn və onun nəzdində "Laçın” teatr studiyasında işlədiyini bildirib:

"Gələcəkdə filmlər çəkəcəyik və mən də ikinci rejissor kimi işləyəcəyəm”. 

Rauf Şahsuvarov hazırda da Laçındadır və doğum gününü orada qeyd edəcək:

”Mən heç vaxt özümə ad günü keçirməmişəm. Fevral ayı bizim üçün ağır aydır, Xocalı gözümüzün önündədir, eyni zamanda dostum fevral ayında şəhid olub. 32 ildən sonra ilk dəfə vətənə qayıtmışam, heç bilmirəm bu əziz gündə özümə nə arzu edim. Burda bir hava var, çox təmizdir, sağlamlıqdır, ən ağır xəstəliyin dərdidir”. 
 
Qeyd edək ki, Rauf Arif oğlu Şahsuvarov Laçın şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. İlk təyinatını Şuşa Dövlət Musiqili Dram Teatrına alıb və müəyyən fasilələrlə burada çalışıb. Qarabağ müharibəsində iştirak edib. Bir müddət Rusiyada ticarətlə məşğul olub. Bakı Uşaq Teatrının aktyoru olub. "Laçınfilm”prodakşn və onun nəzdində "Laçın” teatr studiyasını təsis edib. Hazırda Laçında yaşayır. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->