Ölkə 16:37 12.08.2023

Ali məktəblərə qəbul: Plan yerinin artması, şansları artırır

"Abutiriyentlər düzgün seçim etsələr, ali məktəblərə qəbul olmaq şansları daha yüksək olacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. 

Eksprtt bildirib ki, bu il ali məktəblərə qəbul imtahanlarının nəticələri əvvəlki illərlə müqayisədə daha yaxşıdır: 

"Plan yerlərinin artırılması abituriyentlərin xeyrinə hesab oluna bilər. Ümumilikdə bu il plan yerləri 56 minə yaxınıdr. Ötən il isə bu rəqəm 51 min idi. Həmçinin 27 mindən çox dövlət sifarişi üzrə plan yeri artırılıb. Bu ilə kimi olan dövrdə təkcə ali məktəblərə qəbul planı 27 min olmasına baxmayaraq, indi təkcə 27 min dövlət sifarişinin qəbulu həyata keçiriləcək".

Bahar Rüstəmli