Dünya 13:38 09.01.2024

Alimlər: 2371-ə qədər bəşəriyyət sivilizasiyanın birinci səviyyəsinə çatacaq

Alimlər rus alimi Nikolay Kardaşevin nəzəriyyəsi əsasında araşdırma aparıblar. Araşdırmaya görə, 2371-ci ilə qədər bəşəriyyət Kardaşev şkalası üzrə ilk inkişaf səviyyəsinə çata bilər. Bu səviyyə o deməkdir ki, biz Yerdəki bütün enerji növlərini, o cümlədən günəş enerjisindən tam istifadə edə biləcəyik.

Qaynarinfo xəbər verir ki, Kardaşevin nəzəriyyəsinə görə, inkişafın bu mərhələsində bəşəriyyət bir neçə atom bombasının gücündən artıq həcmdə günəş enerjisindən istifadə edə biləcək. Pravda.ru yazır ki, biz bu enerjini ehtiyaclarımız üçün, o cümlədən başqa planetlərə köçmək imkanımız üçün istifadə edə biləcəyik.

Alimlər həmçinin Karl Saqanın düsturuna əsaslanan modeldən istifadə edərək qalıq yanacaq, nüvə enerjisi və bərpa olunan enerji mənbələrinin istehlakını təxmin ediblər. Eyni zamanda, onlar BMT və Beynəlxalq Enerji Agentliyinin müəyyən etdiyi ekoloji məhdudiyyətləri nəzərə alıblar.

Alimlərin proqnozu göstərir ki, iki yüz ildən sonra bəşər sivilizasiyası ilk inkişaf səviyyəsinə çatacaq. Bu, Yeri tərk etmək və başqa planetlərə köçmək üçün əsas olacaq. Bu addımın səbəblərindən biri də Yer kürəsində həyat şəraitinin pisləşməsidir. Gələcəkdə enerji sistemlərinin səmərəliliyini və dayanıqlığını təmin etmək üçün alimlər bərpa olunan və nüvə enerji mənbələrinin fəal şəkildə inkişaf etdirilməsini tövsiyə edirlər.

Alpər