Xəbər lenti

Dünya 21:41 21.04.2024

Almaniya birinci rübdə 5,2 milyard avro dəyərində silah ixracını təsdiqləyib

Birinci rübdə Almaniya hakimiyyəti 5,2 milyard avro dəyərində silah ixracına icazə verib. 

Qaynarinfo xəbər verir ki, 2023-cü ilin birinci rübündə silah ixracı 2,4 milyard avro təşkil edib və bu il iki dəfədən çox artıb.

Birinci rübdə Almaniya ixracatının 74%-i - 3,8 milyard avro Ukraynaya gedib. Həmçinin liderlər arasında Sinqapur (584 milyon avro), Hindistan (143 milyon avro), Səudiyyə Ərəbistanı (126 milyon avro) və Qətər (97 milyon avro) var. 

Tanklar, zirehli texnikalar, hərbi təyyarələr, gəmilər, artilleriya qurğuları, pulemyotlar, döyüş sursatları və s. daxil olmaqla silahların özlərinin ixracı üçün 3,9 milyard avroluq icazə verilib. Digər hərbi mallar, o cümlədən tapança və revolverlər, radiotexnika, radarlar, partlayıcı maddələr və s. üçün daha 1,7 milyard avroya icazə verilib.

Bütün 2023-cü il üçün Almaniya ümumi dəyəri 12,2 milyard avro olan silah ixracına icazə verib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->