Dünya 16:57 16.02.2024

Almaniya və Ukrayna təhlükəsizlik zəmanətləri haqqında saziş imzaladı

Almaniya kansleri Olaf Şolts və Ukrayna prezidenti Volodimir Zelenski təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə DW məlumat yayıb.

 Bu, Vladimir Zelenskinin Berlinə səfəri zamanı baş verib. Sənəddə Rusiya təcavüzünün dəf edilməsində Almaniyanın Ukraynaya göstərdiyi hərbi yardım müqavilə əsasında qoyulur və gələcəkdə Rusiyanın Ukraynaya təkrar hücumu halında onun təmin edilməsi nəzərdə tutulur. Saziş Ukraynanın NATO-nun tamhüquqlu üzvü olana qədərki dövr üçün təhlükəsizliyini təmin etməlidir.

Analoji sənəd artıq Kiyev və London arasında imzalanıb. Fevralın 16-da axşam saatlarında Zelenskinin Berlin danışıqlardan sonra Parisə gedəcəyi və Ukrayna və Fransa arasında oxşar sazişin bağlanacağı gözlənilir.

Nizami Bağırov