Xəbər lenti

Dünya 16:47 13.04.2024

Almaniya xəbərdarlıq etdi: İran istənilən mülki təyyarəni vura bilər

Almaniya hakimiyyəti mülki aviaşirkətlərə İrana uçuşlar barədə xəbərdarlıq edib. 

Qaynarinfo "Bild"ə istinadən xəbər verir ki, bu barədə hökumətin bəyanatında qeyd olunur.

"İranda uçuşlar üçün təhlükə qəsdən hava hücumundan müdafiə atəşi ssenarisindən irəli gəlir", deyə "Bild" yazır.

"2020-ci il yanvarın 8-də (UİA aviaşirkətinin Ukrayna mülki təyyarəsinin vurulması-red.) vurulma insidentinin təkrarlanması riski var", deyə Federal Mülki Aviasiya İdarəsi vurğulayıb.

Almaniya hökuməti xəbərdarlıq edib ki, ABŞ, İsrail və İran arasında regionda böyük siyasi və hərbi gərginlik səbəbindən belə bir hadisənin yenidən baş verməsi ehtimalı var.

Xatırladaq ki, bu gün "Lufthansa"nın İranın paytaxtı Tehrana uçuşları dayandırdığı və hətta pilotlara İranın hava məkanına daxil olmamağı tapşırdığı məlum olub.

Qeyd edək ki, 2020-ci il yanvarın 8-də İran hərbçiləri Ukraynanın UİA aviaşirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsini səhvən vurub. Təyyarə Tehran-Kiyev marşrutu ilə uçurdu və Tehran hava limanından yenicə havaya qalxmışdı. Uçuş nəticəsində təyyarədə olan 176 sərnişinin hamısı həlak olub.

Təkcə 2023-cü ilin aprelində Silahlı Qüvvələrin 10 əməkdaşı Ukrayna təyyarəsinin vurulmasında iştirak ittihamı ilə həbs edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->