Xəbər lenti

Dünya 17:14 20.04.2024

Almaniyada qar yağdı, dağ-xizək kurortları aprel ayında işini bərpa etdi

Son dörd həftə ərzində Almaniyada yaz havası olsa da, aprelin sonunda ölkənin cənubu qarla örtülüb. 

Qaynarinfo "Bild"ə istinadən xəbər verir ki, bunun fonunda bəzi dağ-xizək kurortları gözlənilmədən işlərin bərpa olunduğunu elan ediblər.

Beləliklə, Emmendingen bölgəsindəki (Baden-Vürtemberq) Kandel şəhərində xizək və snoubord həvəskarları üçün liftlər yenidən açılıb. Hava proqnozuna əsasən gözlənilən qar davam edərsə, kurortlar hətta həftə sonları səhər saat 9-dan axşam 5-ə kimi işləyəcək.

Almaniyanın ən hündür dağı olan Zuqspitzedə hündürlüyü üç metrə çatan qar örtüyü var. 20 kilometrlik yamacdan 16-sı hazırda turistlərin üzünə açıqdır. Oberstdorf yaxınlığındakı Nebelhorn dağına 234 santimetr qar yağıb, xizək sürmək üçün də əlverişli şərait var.

"Bazar gününə qədər nə qədər qar yağacağını görmək maraqlı olacaq. Şimalda yerləşdiyinə görə bazar gününə qədər Alp dağlarına 30-40 sm yeni qar yağa bilər", deyə Donnerwetterdən meteoroloq Karsten Brandt bildirib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->