Xəbər lenti

Dünya 15:42 13.04.2024

Almanlar İranı tərk edir, Vaşinqton, Paris və Berlin mümkün hücuma hazırlaşır

İranın İsrailə hücumu təhlükəsi ilə əlaqədar Almaniya səfirliyinin əməkdaşlarının ailə üzvləri Tehranı tərk edirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" mənbələrə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, İranı tərk etməli olan Almaniya vətəndaşlarının dəqiq sayı məlum deyil.

Bundan əlavə, Almaniyanın Tehran və Təl-Əvivdəki səfirlikləri əlavə təhlükəsizlik tədbirləri görür. Vaşinqton, Paris və Berlin bu həftə sonu mümkün İran zərbəsinə hazırlaşır.

"Bild"in məlumatına görə, İranın hücumu üçün iki əsas variant nəzərdən keçirilir: İsraildə və ya ondan kənarda konkret hədəfə zərbə və ya İsrail ərazisinə irimiqyaslı raket hücumları.

Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyi bütün Almaniya vətəndaşlarından İranı mümkün qədər tez tərk etmələrini istəyib. Niderland isə ümumiyyətlə Tehrandakı səfirliyini müvəqqəti bağlamağa hazırlaşır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->