İdman 18:10 03.12.2022

Alveş millinin tarixinə düşdü

DÇ-2022-də Braziliyanın Kamerunla matçında meydana çıxan Dani Alveş millinin tarixinə düşüb.

Qaynarinfo-nun məlumatına görə Braziliya millisinin dünya çempionatında oynayan ən yaşlı futbolçusu olub. 39 yaşlı müdafiəçi Kamerunla matça start "11-lik"də başlayıb.

Meksika liqasında "UNAM Pumas"da çıxış edən təcrübəli futbolçu yığmanın heyətində meydana çıxdığı 124 matçda 8 qola, 21 məhsuldar ötürməyə imza atıb.

Braziliya yığmasında iki dəfə Amerika Kubokunu qazanan Alveş olimpiya çempionluğunu da yaşayıb.

Səbuhi Həsənov