Dünya 22:20 27.03.2024

Alzheimer xəstəliyində yaddaşı qoruyan “faydalı” mutasiya tapıldı

APOE4 gen daşıyıcılarında kiçik mitoxondrial zülalda olan genetik mutasiya onların idrak funksiyasını və normal ömrünü saxlamağa kömək edir. 

Qaynarinfo xəbər verir ki, bu nəticəyə Kaliforniya Universitetinin Leonard Davis Gerontologiya Məktəbinin tədqiqatçıları gəlib. İşin nəticələri Aging Cell jurnalında dərc olunub.

Tədqiqat zamanı alimlər yüzilliyin 500 sağlam genomlarını təhlil ediblər. Onlar APOE4 geninin daşıyıcılarının Alzheimer xəstəliyinə tutulma riskinin daha yüksək olduğunu müəyyən ediblər. Qeyd edilir ki, APOE geninin APOE4 variantı olan insanlar APOE3 daşıyıcıları ilə müqayisədə Alzheimer xəstəliyinin daha ağır təsirlərini yaşamağa və daha qısa ömür sürməyə meyillidirlər.

Əlavə tədqiqatlar göstərib ki, idrak funksiyasını və normal ömrü qorumağa kömək edən bir genetik mutasiya var. Söhbət humanin adlı mitoxondrial mikroproteindən gedir. Alimlər müəyyən ediblər ki, APOE4 daşıyıcılarında P3S-humanin adlı genetik variantın olması Alzheimer xəstəliyinin təsirini azalda bilər.

Tədqiqatçılar əlavə edib ki, P3S ümumi əhali arasında olduqca nadirdir. Əsasən yəhudi əsilli insanlarda rast gəlinir.

Alpər