Ölkə 21:14 13.01.2024

Şamaxı-Muğanlı yolunda avtomobillərin hərəkəti bərpa olundu (YENİLƏNİB)

Şamaxı-İsmayıllı avtomobil yollarında hərəkət təşkil olunur.

DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirilib ki, yollara xüsusi avtomobillərlə qum və duz səpilir.

Hərəkət dayandırılmayıb. Tədbirlər davam edir.
 
21:01

Şamaxı-İsmayıllı avtomobil yollarında hava şəraiti ilə əlaqədar əraziyə polis əməkdaşları əlavə heyətlə xidmətə çıxarılıb.

DİN-in mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Avtomobillərdə olan şəxslərin vəziyyəti öyrənilməklə sürücü və sərnişinlərə köməklik göstərilir, vətəndaşların təhlükəsizliyi təmin olunur.

DYP ilə yanaşı, Şamaxı, İsmayıllı və Ağsu rayon polis şöbələrinin əməkdaşları ərazidə xidmətə cəlb edilib.

Tədbirlər davam edir.
 
20:23

Güclü yağan qar səbəbindən Şamaxı İsmayıllı avtomobil yolunu bağlanıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalib.

İlkin məlumatlara əsasən, Muğanlı dolaylarında qar daha keçilməzdir. Qarın qalınlığı 10 sm artıqdır, yollar buz bağlayıb. Əraziyə polis əməkdaşları cəlb olunub.
Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar meydana gəlib.