Ölkə 16:48 04.12.2023

Şamaxıdakı "Göyçə Restoranı"nında dava - Sahibkar icadarını həbs etdirdi

Şamaxıdakı "Göyçə Restoranı"nın sahibi ilə icadarı arasında baş verən insidentə məhkəmədə baxılıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə restoranın icadarı, 1972-ci ildə Sabirabad rayonu, Yenikənd kəndində anadan olmuş Zaman Kərimov (ad-soyad şərti) saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilərək, iş məkəməyə göndərilib. 

Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Zaman Kərimov bildirib ki, səhər saatlarında işlədiyi "Göyçə Restoranı"nın sahibi Xəyyam adlı şəxs oğlu ilə birlikdə gələrək, saat 17:00-dək icarə pulunu ödəməyi tələb ediblər. Sahibkar saat 17:00 radələrində oğlu ilə sərxoş vəziyyətdə yenidən həmin yerə gəlib və onunla mübahisə edib. Mübahisə davaya çevirilib. Daha sonra Xəyal restoranı icarə əsasında işlədən şəxs barəsində polisə şikayət edib.  

Polis əməkdaşları hadisə yerinə gəlib və hər iki tərəfdən sakitləşməyi tələb edib. Zaman Kərimov bərk əsəbləşdiyindən polisin tələblərini pozaraq mübahisəni davam etdirib. O, məhkəmədə etdiyi əməldən peşman olduğunu bildirib və polis əməkdaşlarından üzr istəyib. 

Məhkəmənin qərarı ilə "Göyçə Restoranı"nın icadarı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Əhməd