Dünya 15:26 30.06.2022

Amnesty International: Rusiya cinayət törədib

5Mart ayında yüzlərlə mülki şəxsin sığındığı Ukraynanın Mariupol şəhərindəki teatra Rusiya hava zərbəsi endirib. Ən azı onlarla insanın ölümünə səbəb olan bu addım  açıq-aşkar müharibə cinayətidir.
 
Qaynarinfo BBC saytına istinadla xəbər verir ki, bu barədə insan haqları təşkilatı Amnesty International bəyanat verib

Amnesty hesabatında Rusiya qüvvələrinin binanın mülki yer olduğunu bilərək,  qəsdən hədəfə aldığını və  eyni vaxtda partlayan 500 kiloqramlıq iki bombadan istifadə etdiyini bildirib. "Biz, hücumun Rusiya qüvvələri tərəfindən törədilmiş açıq-aşkar hərbi cinayət olduğu qənaətinə gəldik. Bu amansız hücumda çoxlu sayda insan yaralanıb və həlak olub",- Amnesty İnternational-ın baş katibi Agnes Kallamard deyib. 

Nurlan Hüseynov