Xəbər lenti

Ölkə 16:37 09.10.2023

Apellyasiya Məhkəməsi Ruben Vardanyanla bağlı qərar verdi

Bir neçə gün əvvəl həbs edilmiş seperatçı rejimin "dövlət naziri" Ruben Vardanyanla bağlı həbs qərarından şikayət verilib.

"Report"un məlumatına görə, R.Vardanyanın vəkili Afət Qazıyeva müvakkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb.

Məhkəmə birinci instansiya məhkəməsinin qərarını əsaslı sayaraq, şikayəti rədd edib.

Qeyd edək ki, R.Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittihasm irəli sürülüb, barəsində həbs qərimkan tədbiri serçilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->