İdman 16:03 31.08.2023

Arif Əsədov: "Qarabağ” artıq mərhələni keçib” kimi yanaşma düzgün deyil…”

Bu gün Avroliqanın pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Azərbaycan çempionu "Qarabağ” da bu mərhələdə taleyüklü matça çıxacaq. "Tofiq Bəhramov”da Sloveniya təmsilçisi "Olimpiya”nı qəbul edəcək Qurban Qurbanovun komandasına ümidlər böyükdür. Bu ümidlər həm də mərhələnin ilk matçında "Qarabağ”ın 2:0 hesablı qələbəsindən irəli gəlir. Bəs Bakıda komandanın şansları necədir?

Millimizin məşqçisi Arif Əsədov Qaynarinfo-ya açıqlamasında Ağdam klubunun şanslarını dəyərləndirib:

"Düşünürəm, "Qarabağ” artıq mərhələni keçib” kimi yanaşma düzgün deyil. Səfərdəki qələbə növbəti mərhələyə çıxmaq üçün üstünlük verir. Amma hələ qarşıda 90 dəqiqə var. "Qarabağ” ciddi yanaşsa, "Olimpiya”nı keçə bilər. Bugünkü oyunda daha motivasiyalı şəkildə meydana çıxmalıdırlar ki, istədiklərinə nail ola bilsinlər. Komanda öz oyununu diqtə etməyə çalışır. Fərqi yoxdur, səfərdə ya ev matçları olsun. Öz hücum stilində oynayacaqlar. Daim irəlini düşünürlər və "1 nömrə” kimi çıxış edirlər. Bu gün də belə olacağını düşünürəm”.

Səbuhi Həsənov