Ölkə 17:52 10.04.2023

Astanada Heydər Əliyev küçəsinin açılışı oldu

Aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin açılışı olub.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mərasimdə iştirak ediblər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Heydər Əliyev küçəsində yerləşən Botanika bağında ağac əkiblər.