Dünya 00:45 20.12.2023

Asteroid ovlayan kosmik zond Günəş səbəbindən atmosferdə yanacaq

NASA-nın Reaktiv Sürət Laboratoriyası (JPL) uzaq ulduzları və qalaktikaları aşkar etmək, Yerə yaxın kosmosda kometləri və asteroidləri müşahidə etmək üçün 10 ildən çox əvvəl buraxılmış NEOWISE orbit teleskopunun sonunu elan edib.

Qaynarinfo JPL-in rəsmi saytına istinadən xəbər verir ki, cihaz tədricən hündürlüyü itirir və Yer atmosferinin dərinliyinə enir.

WISE (Wide-field Infrared Survey Explorer) cihazı 2009-cu ildə kosmosa yollanıb. Onun ilkin missiyası infraqırmızı kameralardan istifadə edərək kosmosun xəritəsini çəkmək olub. Bir il sonra NASA gəminin 4 detektorundan ikisini soyuducu maye bitdiyi üçün söndürüb.

Bir neçə illik fasilədən sonra zond missiyanın adını NEOWISE olaraq dəyişdirərək, kosmosdan Yerə mümkün təhlükələri izləməyə yönəldilib. 2013-cü ildən bu yana missiya cihaz vasitəsilə 215 komet və asteroid aşkar edib.

Orbital teleskopun sonrakı fəaliyyətinə 11 illik günəş dövrünün yaxınlaşan zirvəsi ilə bağlı artan günəş aktivliyi mane olub. Güclü günəş alovları və tac kütlələrinin atılması Yer atmosferini qızdırır və genişləndirir, kosmik gəmini aşağı sürükləyir. Mütəxəssislərin hesablamalarına görə, zond 2025-ci ilə qədər orbitdən tamamilə çıxacaq və Yer atmosferində yanacaq.

Aydın