Xəbər lenti

Ölkə 10:01 28.08.2023

Ata-oğulun düşdüyü qəzanın təfərrüatları - Cinayət işi açıldı

Ucarda ata və oğulun düşdüyü qəzanın təfərrüatı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə 27 avqust 2023-cü il tarixdə, saat 10 radələrində Ucar-Zərdab yolunun rayonun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü həmin kənd sakini, Əhədov Abdul Tahir oğlu etibarnamə ilə idarə etdiyi ağ rəngli "VAZ-2107” markalı, 61-BA-157 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1956-cı il təvəllüdlü Qazyan kənd sakini olan atası Əhədov Tahir Musa oğlunun etibarnamə ilə idarə etdiyi göy rəngli "VAZ-2107” markalı, 10-ME-212 dövlət qeydiyyat nişanlı maşını ilə toqquşub. Nəticədə Tahir Əhədov aldığı bədən xəsarətlərindən Ucar Rayon Mərkəzi Xəstəxanasında ölüb, oğlu isə yaranıb.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?