Xəbər lenti

Foto 06:03 27.08.2023

Ata və oğulun maşınları toqquşdu, ata öldü, oğul isə... (FOTOLAR)

Ucarda ata və oğulun idarə etdiyi avtomobillər toqquşub.

APA-nın xəbərinə görə, hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Qazyan kənd sakini, 1956-cı il təvəllüdlü Tahir Musa oğlu Əhədovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə oğlu, 1984-cü il təvəllüdlü Abdul Tahir oğlu Əhədovun idarə etdiyi eyni markalı maşın toqquşub. Nəticədə ata və oğul ağır xəsarət alıb, təcili tibbi yardım avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin tibbi yardım göstərildikdən sonra Tahir Əhədov Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.




Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?