İdman 16:14 23.11.2023

AVRO-2024: Pley-off mərhələsinin püşkü atıldı

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin püşkü atılıb.

Qaynarinfo xəbər verir ki, A, B və C Yolunda üz-üzə gələcək komandalar bəlli olub.

A Yolunda Polşa - Estoniya, Uels - Finlandiya, B yolunda İsrail - İslandiya, Bosniya və Herseqovina - Ukrayna, C Yolunda Gürcüstan - Lüksemburq və Yunanıstan - Qazaxıstan görüşləri baş tutacaq.

Qeyd edək ki, qalib gələn komandalar finala vəsiqə qazanacaqlar. Yekunda sonuncu üç yerin sahibi bəlli olacaq.