Dünya 11:58 03.12.2022

Avropa Komissiyası şərt qoydu: Aİ-yə daxil olmaq üçün Serbiya bunu etməlidir

Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa komissarı Oliver Varqeyi Belqradda keçirdiyi mətbuat konfransında bildirib ki, Serbiya Aİ-yə daxil olmaq üçün nəinki lazımi islahatları aparmalı, həm də Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməlidir.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyət "qoşulma prosesinə təsir edir", bununla əlaqədar ittifaqa daxil olmaq üçün namizədlərin siyasətlərinin Aİ-nin xarici siyasəti ilə əlaqələndirilməsi "əvvəlkindən daha mühüm rol oynayır".

Qaynarinfo bu barədə TASS-a istinadla xəbər verir.

"Namizəd ölkə olan Serbiyanın bizə kömək etməsi lazımdır, Serbiya bizim tərəfimizdə olmalı və sanksiyalarımızı müəyyən olunmuş şəkildə həyata keçirməyimizə kömək etməlidir", - Vargelyi vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl respublika prezidenti Aleksandr Vuçiç Serbiyanın mövcudluğuna təhlükə yaranacağı təqdirdə Belqradın Rusiyaya qarşı sanksiyalar tətbiq edə biləcəyini bildirmişdi. Öz növbəsində Serbiyanın baş nazirinin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviç Rusiyaya qarşı sanksiyaların tətbiqinin zəruriliyini bəyan edib.
 
Alpər