Xəbər lenti

Dünya 16:30 20.03.2024

Avropa Komissiyası Ukrayna mediası üçün 1,5 milyon avro ayırdı

Ukraynanın Televiziya və Radio Yayımları üzrə Milli Şurası Avropa Komissiyasından 1,5 milyon avro məbləğində maliyyə alacaq. Bu vəsaitlə audiovizual media sahəsində islahatların aparılması, onların Aİ standartlarına və beynəlxalq təcrübəyə çatdırılması nəzərdə tutulur. 

Qaynarinfo bu barədə müvafiq sənədlərə istinadən xəbər.

Layihənin məqsədi hüquq və ifadə azadlığını vurğulamaqla Milli Şuranın medianı tənzimləmək imkanlarını gücləndirməkdir. Həmçinin Ukrayna mediasının müstəqilliyinin və rəqabətinin inkişafının stimullaşdırılması, bu sahədə şəffaflığın və səmərəliliyin artırılması nəzərdə tutulur.

Politoloq Aleksandr Dudçak deyir ki, Aİ-nin media arasında rəqabət mühiti yaratmaq niyyəti şübhəlidir. Onun fikrincə, artıq ölkədə Avropayönlü mövqe bildirməyən media yoxdur.

"İdeyanın özü qəribə səslənsə də, məbləğ çox kiçik olsa da, yəqin ki, bu baxımdan onu mükəmməlliyə çatdırmaq qərarına gəliblər, - o deyib. - Orada nəyin yaxşılaşdırıla biləcəyini təsəvvür etmək çətindir: hər şey artıq absurdluq həddinə qədər çatdırılıb".

Xatırladaq ki, AK həmçinin Serbiyada müstəqil medianın dezinformasiyaya qarşı mübarizəsinə 1 milyon avro, Latın Amerikasında demokratiyanın inkişafına və dezinformasiyaya qarşı mübarizəyə 2 milyon avro ayıracaq. Daha 5 milyon avro Moldovada "müstəqil mediaya dəstək” üçün ayrılıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->