Xəbər lenti

Dünya 10:15 14.09.2023

Avropa Parlamenti Haaqadan Lukaşenkonun həbsinə order verilməsini istədi

Avropa Parlamenti Belarus lideri Aleksandr Lukaşenkonu Ukrayna münaqişəsində əli olan şəxs kimi tanıyıb və Haaqa Beynəlxalq Cinayət Məhkəməsini (ICC) onun həbsinə order verməyə çağırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə AP-nin qətnaməsində deyilir.

BCM-ə çağırış edən hesabat sentyabrın 13-də Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiqlənib.

Qeyd olunur ki, avropalı parlamentarilər Lukaşenkonu "Ukraynaya dəymiş ziyanda və uşaqların qanunsuz köçürülməsində iştirakda” ittiham ediblər. Onlar həmçinin Avropa İttifaqı Şurasını Rusiya, Belarus və onların vətəndaşlarına qarşı sanksiyalar paketini genişləndirməyə çağırıblar.

Bundan əvvəl BCM Rusiya prezidenti Vladimir Putin və Rusiyada uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. Kreml BCM-nin istənilən qərarının hüquqi baxımdan etibarsız olduğunu xatırladaraq, bu qərarı qəddar və qəbuledilməz adlandırıb. Nə Moskva, nə də Minsk onları tanımır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->