Dünya 22:05 17.03.2024

Avropalı NATO üzvləri 56 milyard avro tapmalıdır

Avropalı NATO üzvləri Alyansın müdafiə xərcləri hədəfi üçün əlavə 56 milyard avro tapmalıdırlar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" Almaniya İqtisadi Araşdırmalar İnstitutunun (IFO) hesablamalarına istinadən yazır.

"İtaliya, İspaniya və Belçika da daxil olmaqla, Alyansın müdafiə xərcləri hədəflərindən ən çox geridə qalan NATO-nun üzvü olan Avropa ittifaqı ölkələri maliyyə çətinlikləri yaşayır", deyə nəşr qeyd edib.

Araşdırmada qeyd olunub ki, Almaniya əvvəllər ən böyük müdafiə kəsirinə malik idi, lakin Berlin artıq bu boşluğu azaltmağa nail olub. Maliyyə çətinliklərinə görə ikinci yerdə İspaniyadır (11 milyard avro). Siyahını İtaliya (10,8 milyard avro) və Belçika (4,6 milyard avro) tamamlayır. 2023-cü ildə bu 3 ölkənin hər birinin borcu ÜDM-nin 100 faizindən çox olub.

IFO iqtisadçısı Marsel Şlepperin fikrincə, borc səviyyəsi yüksək olan ölkələr üçün onu azaltmağın yeganə real yolu digər sahələrdə xərcləri azaltmaqdır. O, vəziyyəti çətin hesab edir.

Aydın