Siyasət 11:27 26.11.2022

AY Partiya rəsmiləri Ankarada Krım Dərnəyinin başqanı ilə görüşdü (FOTO)

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) rəhbərliyi Ankarada Krım Dərnəyinə baş çəkiblər. 

Qaynarinfo xəbər verir ki, dərnəyin İdarə Heyətinin üzvü, Krım Vəqfi Başqanı Tuncer Kalkay ilə keçirilən görüşdə Krım türklərinin tarixi, Azərbaycan türkləri ilə ortaq yönləri, hüquqlarının bərpası üçün verdikləri mücadilə barədə danışılıb. 

Azərbaycan və Krım türklərinin rus işğalından çox əziyyət çəkdiyi xüsusi vurğulanıb, Rusiya təhdidinə qarşı birgə mübarizə aparılmasının vacibliyi dilə gətirilib. 

Heyət üzvləri 2019-cu ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə açılan dərnək binası ilə tanış olublar. Krımdan gələn qaçqınların müvəqqəti yerləşdirildiyi binada kitabxana, rəqs zalı, yeməkxana fəaliyyət göstərir.