Ekonomiks 14:32 02.09.2023

AZAL bilet qiymətlərini ucuzlaşdıracaqmı? - Deputat

"AZAL-da qiymətlərin aşağı düşəcəyi ilə bağlı gözləntilər var".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat ümid edir ki, islahatlar həm xidmətin keyfiyyətini artıracaq, həm də AZAL-ın daha çox şəhərlərə uçuşunun həyata keçirilməsinə imkan verəcək:
 


"Eyni zamanda daha əlçatan, daha optimal qiymətlərin təklif olunmasına gətirib çıxardacaq. AZAL-da aparılan islahatların əsas məqsədi həm xidmət keyfiyyətini artırmaq, həm də uçuş şəhərlərinin sayının artırılmasıdır. Eyni zamanda, qiymətlərin optimallaşdırılmasına ümid var. Bir tərəfdən strukturun çevikliyinin artırılması, eləcə də xərclərə qənaət çox vacibdir. Xüsusən də xərclərin optimallaşdırılması yolu ilə həm də biletlərin qiymətlərinin aşağı salınması mümkündür. Ona görə də islahatlar davam etdikcə AZAL-ın strukturunun daha mobilləşməsi, çevikləşməsi və eyni zamanda buna uyğun olaraq xəsrclərin optimallaşdırılmasını müşahidə edə biləcəyik”.

Vüqar Bayramovun fikirincə, bütün bunlar biletlərin qiymətinə təsir göstərə bilər:

"Milli aviakampaniyanın təklif etdiyi biletin qiymətinin əlçatan olması çox vacibdir. Xüsusən də nəzərə alsaq ki, xaricə səfər edənlərin sayında artımlar var. Eyni zamanda, qiymətlərin optimallaşdırılması ölkədə turizmin inkişafı baxmdan çox vacibdir”.

Bahar Rüstəmli