Dünya 09:45 09.02.2023

Azərbaycan ədəbiyyatının ən yaxın dostu da zəlzələdə ailəsi ilə birgə həlak oldu

"İstedadlı gənc yazar, Azərbaycanı ürəkdən sevən, Azərbaycan yazıçılarının əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıran peşəkar tərcüməçi Abdulkadir Özkan zəlzələdə vəfat edib”.

Qaynarinfo xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev məlumat yayıb.

O bildirib ki, Kahramanmaraşda baş verən zəlzələdə Abdulkadir Özkan ailə üzvləri lə birgə həlak olub: "Abdulkadir Özkan Azərbaycan ədəbiyyatının ən yaxın dostu kimi xatirələrdə yaşayacaq”.