Dünya 12:41 28.11.2022

Azərbaycan əsilli futbolçu və ailəsi İranda təhdid olunurlar (FOTO)

İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daeinin özü və ailəsi təhdid olunub.

Qaynarinfo xəbər verir ki, 53 yaşlı veteran hücumçu bu barədə şəxsi instaqram səhifəsində paylaşım edib.

Daei bildirib ki, bəzi qurumlar, media və naməlum şəxslər tərəfindən çox sayda təhdidlər alır.

Qeyd edək ki, Əli Daei bundan əvvəl İrandakı vəziyyətə görə Qətərdə keçirilən dünya çempionatına getmədiyini açıqlayıb.