Dünya 11:18 07.09.2022

Azərbaycan əsilli siyasətçi Türkiyədə prezidentliyə namizəd olacaq

Azərbaycan əsilli siyasətçi, Millətçi Hərəkat Partiyasının (MHP) sabiq deputat Sinan Oğan Türkiyədə prezidentliyə namizəd olacaq.

Qaynarinfo xəbər verir ki, siyasətçi bu barədə "Twitter" hesabında yazıb.

Özünü türk millətçilərinin prezidentliyə müstəqil namizədi adlandıran Sinan Oğan daha öncə də namizəd ola biləcəyini bildirmişdi.



Qeyd edək ki, əslən azərbaycanlı olan Sinan Oğan 1967-ci ilin 1 sentyabrında Türkiyənin İğdır şəhərində doğulub. Mərmərə Universitetindən məzun olan siyasətçi 2011-2015-ci illərdə Türkiyə Böyük Millət Məclisinin İğdır millət vəkili olub. O, Türkiyə-Albaniya, Türkiyə-Niger Parlamentlərarası Dostluq qruplarının üzvü və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun baş katibi kimi fəaliyyət göstərib.

Sinan Oğan 26 avqust 2015-ci ildə MHP-dən kənarlaşdırılsa da, həmin ilin 2 noyabrında məhkəmə qərarı ilə partiya üzvlüyünə qaytarılıb. 10 mart 2017-ci ildə isə Balıkəsir millət vəkili İsmail Ok, Kayseri millət vəkili Yusuf Halaçoğlu və İsparta millət vəkili Nuri Okutanla birlikdə yenidən MHP-dən kənarlaşdırılıb.

Aydın