Xəbər lenti

İdman 14:23 05.11.2023

Azərbaycan karateçisi beşqat dünya çempionu oldu

Azərbaycan karateçisi Musa Musazadə beşqat dünya çempionu olub.

Qaynarinfo-nun məlumatına görə, o, Yaponiyanın Matsuyama şəhərində keçirilən Aşihara növü üzrə mundialın qızıl medalını qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan M.Musazadə bütün rəqiblərinə qalib gəlib.

14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Digər karateçi Fərman Rəhimov isə dünya çempionatını bürünc medalla başa vurub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->