Xəbər lenti

İdman 19:02 24.04.2024

Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşdi

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, yarımfinalın ilk cavab görüşündə "Qəbələ" "Zirə"ni qəbul edib.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib - 2:0. 59-cu dəqiqədə Vladislav Kulaç hesabı açıb. 84-cü dəqiqədə Rafael Utziq ikinci topu meydan sahiblərinin qapısından keçirib.

İlk görüşdə rəqibini 2:1 hesabı ilə üstələyən "Zirə" finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın ikinci cavab qarşılaşmasında "Qarabağ" "Neftçi"ni sınağa çəkəcək. Görüş bu gün, saat 20:00-da başlayacaq. İlk dueldə Ağdam təmsilçisi 4 cavabsız qolla qalib gəlib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->