İdman 15:38 15.03.2024

Azərbaycan Kubokunun final oyununun stadionu müəyyənləşdi

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün final oyununun keçiriləcəyi stadion müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, görüş "Liv Bona Dea Arena”da baş tutacaq. İyunun 2-də təşkil olunacaq matçın başlama saatı, eyni zamanda digər detalları hələ bəlli deyil.

Qeyd edək ki, "Liv Bona Dea Arena" əvvəlki "Dalğa Arena"dır. Stadion Bakının Mərdəkan qəsəbəsində yerləşir və azarkeş tutumu 6.700 nəfərdir.