İdman 21:53 16.10.2023

Azərbaycan millisi Avstriyaya uduzdu

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda Avstriya seçməsini qəbul edin.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə bitib - 1:0.

Rəqibin heyətində 48-ci dəqiqədə Marsel Sabitzer penaltidən fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Avstriya final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması isə 6 matçdan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb.
 
AVRO-2024
Seçmə mərhələ
F qrupu, VIII tur

16 oktyabr
Azərbaycan - Avstriya 0:1
Qol: Marsel Zabitser, 48-pen.
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rəşad Əzizli, 2. Cəlal Hüseynov, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Nəriman Axundzadə, 15. Rüstəm Əhmədzadə, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.
Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Ksaver Şlager, 6. Nikolas Seyvald, 7. Saşa Kalayciç, 10. Florian Qrilliç, 15. Filipp Linhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad Laymer (k).
Ehtiyat oyunçular: 1. Nikls Hedl, 13. Patrik Pents, 3. Quido Burqstaller, 5. Samson Baydo, 8. Marko Qrüll, 9. Marsel Zabitser, 11. Manprit Sarkariya, 14. Deyan Lyubiçiç, 19. Kristof Baumqartner, 21. Patrik Vimmer, 22. Mattias Seydl, 23. Məhəmməd Çam.
Baş məşqçi: Ralf Ranqnik.
Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Səbuhi Həsənov