İdman 15:23 18.09.2022

Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti

Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti açıqlanıb.

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Miloş Velebit 20 oyunçuya dəvət göndərib.
 


Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 21-də Bolqarıstan, sentyabrın 24-də Türkiyə, sentyabrın 27-də Lüksemburq seçməsi ilə üz-üzə gələcək. Qarşılaşmalar Bolqarıstanın Albena şəhərində təşkil olunacaq.