İdman 11:22 23.12.2022

Azərbaycan Premyer Liqası: 18-ci tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Əvvəlcə "Neftçi" "Bakcell Arena"da "Şamaxı"nı qəbul edəcək. Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma saat 16.00-da başlayacaq. 

Bu, komandaların ölkə çempionatındakı 72-ci matçı olacaq. İndiyə qədər keçirilən oyunların 40-da "ağ-qaralar", 16-da "Şamaxı" qələbə qazanıb. Qalan 15 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də paytaxt təmsilçisinin aşkar üstünlüyü var - 114:68.

"Neftçi" 11 oyundur meydanı qolsuz tərk etmir. "Şamaxı" son 3 matçda xal qazanmayıb.

Günün digər oyununda "Sabah" Sumqayıtın eyniadlı təmsilçisinin qonağı olacaq. Bu, iki kollektiv arasında Premyer Liqada 17-ci duel olacaq. Əvvəlki matçların 6-sı meydan sahiblərinin, 7-si isə qonaqların xeyrinə başa çatıb. 3 qarşılaşmada heç-heçə qeydə alınıb. Top fərqində də "Sabah"ın üstünlüyü nəzərə çarpır - 23:19.

Son 11 matçda iki və ya daha çox qol vurulub. Bakılılar son 4 görüşdə uduzmayıb.

Azərbaycan Premyer Liqası

XVIII tur

23 dekabr (cümə)

16:00. "Neftçi” – "Şamaxı”

Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
VAR: Fərid Hacıyev, Müslüm Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Bakcell Arena”.

18:30. "Sumqayıt” – "Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
VAR: Elçin Məsiyev, Eyyub İbrahimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
"Kapital Bank Arena".

"Qarabağ" - 47, "Sabah" - 40, "Neftçi" - 35, "Zirə" - 27, "Qəbələ" - 24, "Turan Tovuz" - 16, "Şamaxı" - 13, "Sumqayıt" - 12, "Kəpəz" - 11, "Səbail" - 10

Səbuhi Həsənov